Laboratoriya ölkə ərazisində bu sahədə fəaliyyət göstərən laboratoriyalara metodiki və təcrübi köməklik göstərir, o cümlədən onlar arasında yaranan mübahisələrə dair rəy verir.
Laboratoriyanın fəaliyyətinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsi, kimyəvi və toksikoloji müayinələrin aparılması istiqamətində ölkə ərazisində fəaliyyət göstərən laboratoriyaların yeni diaqnostik imkanlardan istifadəsinə metodiki və təcrübi köməkliyin göstərilməsi ilə istinad laboratoriyası qismində çıxış etməsi, toplanan məlumatların statistik təhlili və ümumiləşdirmənin həyata keçirilməsi, elmi tədqiqat işlərinin aparılması, beynəlxalq istinad (referens) laboratoriyaları ilə əməkdaşlığın təmin edilməsi, profil üzrə aparılmış müayinələrin şübhəli nəticələrinin müəyyən edilmiş qaydada dəqiqləşdirilməsindən ibarətdir.
Laboratoriya ölkə ərazisində bu sahədə fəaliyyət göstərən laboratoriyalara metodiki və təcrübi köməklik göstərir, o cümlədən onlar arasında yaranan mübahisələrə dair rəy verir.
Laboratoriyanın vəzifələrindən biri də fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq tədbirlər görməkdir.
Ağır metallar, pestisidlər, hormonlar, dərman preparatları, narkotik və psixotrop maddələr, uçucu zəhərlər və immunosupressantların təyini, habelə dopinq testlərinin aparılması.
Gələcəkdə, fəaliyyət çərçivəsində nəzərdə tutulan digər tədqiqatlar aparılacaq.
Laboratoriyanın fəaliyyətinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsidir.
GC-MS bazasında identifikasiya olunan üzvi maddə sayı.
Toplanan məlumatların statistik təhlili və ümumiləşdirilməni həyata keçirmək.
Beynəlxalq istinad laboratoriyaları ilə əməkdaşlığın təmin edilməsi. Zərurət olduqda dopinq yoxlamanın keçirilməsi məqsədi ilə bioloji nümunələrin laboratoriya tədqiqatlarını aparmaq.
Beynəlxalq tələblərə cavab verən tədqiqatlar.
Laborator müayinələr yüksək dəqiqlik, həssaslıq və elmi əsaslar üzərində qurulub.
Nümunənin qəbulu, identifikasiyası və qeydiyyatı təsdiqlənmiş prosedurlara uyğun həyata keçirilir.
Nümunələr aidiyyati üzrə bölmələrə yönlədirilərək, peşəkar mütəxəssislər tərəfindən tədqiqatlar aparılır.
Təsdiqlənmiş prosedur və qaydalara əsasən alınan nəticələrə dair akt, rəy tərtib olunur.
Yüksək həssaslığa və dəqiqliyə malik olan son nəsil cihazlarımız ən kiçik konsentrasiyaları belə yüksək dəqiqliklə müəyyən edir.
Maye xromatoqrafiya metodu ilə aşkarlana bilən maddə sayı.
GC-MS bazasında identifikasiya olunan üzvi maddə sayı.
Laboratoriyamızın xidmətləri, analiz prosesi və imkanları haqqında sualların cavablarını burada tapa bilərsiniz.
Laboratoriya kimyəvi və toksikoloji müayinələr aparır: ağır metallar, pestisidlər, narkotik maddələr, dərman preparatları, uçucu zəhərlər, immunosupressantlar və karbonmonoksid analizi daxil olmaqla.
Metodların validasiyası, avadanlığın mütəmadi kalibrlənməsi və beynəlxalq qəbul olunmuş keyfiyyət prinsiplərinin tətbiqi ilə.
Laboratoriya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 12 nömrəli qərarı ilə yaradılmışdır.
Kimyəvi və toksikoloji müayinələrin aparılması istiqamətində ölkə ərazisində fəaliyyət göstərən, laboratoriyaların yeni diaqnostik imkanlardan istifadəsinə metodiki və təcrübi dəstək göstərərək istinad laboratoriyası qismində çıxış edir.
Nümunə göndərmək və ya xidmətlər haqqında məlumat almaq üçün +994 12 594 30 75 nömrəsinə zəng edin və ya [email protected] ünvanına e-mail göndərin.