Laboratoriya haqqında

Əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin olunması naminə yaradılmış istinad laboratoriyası

Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya kimyəvi və toksikoloji müayinələri həyata keçirən, yeni diaqnostik üsulların tətbiqini təmin edən, elmi-tədqiqat işləri aparan, toplanmış məlumatların statistik təhlilini və ümumiləşdirilməsini həyata keçirən, bu sahədə fəaliyyət göstərən laboratoriyalara metodiki və təcrübi dəstək göstərən, onların fəaliyyətinin keyfiyyətini qiymətləndirən və onlar arasında yaranan mübahisələrə dair rəy verən istinad laboratoriyasıdır.

2024

Yaradılma ili

Necə fəaliyyət göstəririk?

2024

Yaradılma ili

  • Beynəlxalq əməkdaşlıq

Beynəlxalq istinad laboratoriyaları ilə əməkdaşlığın təmin edilməsi.

Ətraflı
  • Yüksək dəqiqlik
  • İstinad laboratoriyası
  • Elmi-tədqiqat
  • Beynəlxalq əməkdaşlıq
Hüquqi əsaslara söykənən fəaliyyət

Yanaşmamız

Hüquqi əsaslara söykənən fəaliyyət

Laboratoriya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləsini, müvafiq Qanunları, beynəlxalq müqavilələri, Nizamnaməsini, habelə Səhiyyə Nazirliyinin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

Məqsədimiz

Əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsi.

Vəzifələrimiz

Kimyəvi və toksikoloji müayinələrin aparıldığı laboratoriyaların müayinələrinin keyfiyyətini qiymətləndirmək, metodiki və təcrübi köməklik göstərmək, o cümlədən onlar arasında yaranan mübahisələrə dair rəy vermək.

200000+

GC-MS bazasında maddə

Əsas dəyərlərimiz

Fəaliyyətimizi müəyyən edən əsas prinsiplər

Statistik təhlil

Toplanan məlumatların statistik təhlili və ümumiləşdirilməsinin həyata keçirilməsi.

Nəticələrin dəqiqləşdirilməsi

Profil üzrə aparılmış müayinələrin şübhəli nəticələrinin dəqiqləşdirilməsi.

Keyfiyyətin qiymətləndirilməsi

Kimyəvi və toksikoloji müayinələrin aparıldığı laboratoriyaların müayinələrinin keyfiyyətini qiymətləndirmək.

Aparılan tədqiqatların nəticələrinə dair rəy vermə hüququ

Fəaliyyətimiz

Kimyəvi və toksikoloji sahədə peşəkar fəaliyyət

Laboratoriya kimyəvi və toksikoloji laborator müayinələr aparan, ölkə ərazisində fəaliyyət göstərən laboratoriyalara metodiki və təcrübi dəstək göstərən istinad laboratoriyasıdır.

2024

Yaradılma ili

Laboratoriya Səhiyyə Nazirliyi Kollegiyasının 12 nömrəli qərarı ilə yaradılmışdır.

Kimyəvi tədqiqatlar

Ağır metallar, pestisidlər, naməlum zəhərlənmələr, uçucu-zəhərləyici maddələr və dərman preparatlarının kəmiyyət və keyfiyyət təyini və s.

Toksikoloji tədqiqatlar

Narkotik və psixotrop maddələr, dəm qazının miqdarı təyini, immunosupressant və antiepileptik dərmanların terapevtik monitorinqi və s.

Niyə biz?

Etibarlı, dəqiq və beynəlxalq tələblərə uyğun nəticələr

Müayinələrin etibarlılığının təmin olunması Laboratoriyanın fəaliyyətinin əsasını təşkil edir. Bütün müayinələr yüksək dəqiqlik və nəticələrin ardıcıllığını təmin etmək üçün müvafiq metod və prosedurlar əsasında, təcrübəli və ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır. Aparılan müayinələrin əldə olunmuş nəticələri tələbdən asılı olaraq rəy, akt və laborator nəticə formasında təqdim olunur.

Müayinələrin Etibarlılığı

Validə olunmuş metodlar, kalibrlənmiş avadanlıqlar, sertifikatli kalibrasiya və kontrol maddələr.

Təcrübəli mütəxəssislər

Bütün müayinələr təcrübəli və ixtisaslaşmış həkimlər tərəfindən aparılır.

Struktur

Fəaliyyət istiqamətləri üzrə mütəxəssislər

k.ü.f.d. Mətanət Axundova

k.ü.f.d. Mətanət Axundova

Baş Direktor

Əliyeva Nigar

Əliyeva Nigar

Vəkillər kollegiyasının üzvü, MKTL-in hüquqşünası

Babazadə Zülfüqar

Babazadə Zülfüqar

Maliyyə Şöbəsi — MKTL-in baş mühasibi

Gülnar Rüstəmova

Gülnar Rüstəmova

Sənədlərlə iş və vətəndaş müraciəti şöbəsinin müdiri

Mirzəyeva Aygün

Mirzəyeva Aygün

Qəbul Şöbəsinin müdiri

Qəhrəmanzadə Müslüm

Qəhrəmanzadə Müslüm

Təsərrüfat Şöbəsinin müdiri

Hüseynova Fəridə

Hüseynova Fəridə

Kimyəvi laboratoriya bölməsinin rəhbəri

Xəlilova Raya

Xəlilova Raya

Toksikoloji laboratoriya bölməsinin rəhbəri

Laboratoriya haqqında

Fəaliyyət prinsiplərimiz

3.1.8. laboratoriya xidmətlərinin göstərilməsi üçün müəssisələr ilə müqavilə bağlamaq, Nazirlik tərəfindən təsdiq olunmuş tariflər əsasında xidmətlər göstərmək;

Nizamnamə

Maddə 3.1.8

3.1.16. fəaliyyət sahəsi üzrə xəstəliklərin profilaktikası, tibbi xidmətin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək;

Nizamnamə

Maddə 3.1.16

3.1.26. vətəndaşların sağlamlığı ilə bağlı məlumatları Vahid Səhiyyə İnformasiya Sisteminə daxil etmək;

Nizamnamə

Maddə 3.1.26

4.1.6. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, fəaliyyət sahəsi üzrə elektron informasiya sistemi yaratmaq, tibb müəssisələrinin və digər istifadəçilərin həmin elektron informasiya sistemindən istifadə imkanlarını təmin etmək;

Nizamnamə

Maddə 4.1.6

4.1.9. laboratoriya xidməti sahəsinin inkişafına dair innovasiyaları tətbiq etmək, təklif və tövsiyələr hazırlayaraq, müvafiq sahələr üzrə dövlət, idarəetmə orqanları və digər təşkilatlarla əməkdaşlıq etmək;

Nizamnamə

Maddə 4.1.9

4.1.12. fəaliyyət sahəsi üzrə dövlət və bələdiyyə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

Nizamnamə

Maddə 4.1.12

Tez-tez verilən suallar

Ən çox verilən suallar

Laboratoriyanın hüquqi statusu, fəaliyyəti və tarixi ilə bağlı ən çox verilən sualların cavablarını topladıq.

11 sentyabr 2024-cü il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 12 nömrəli qərarı ilə yaradılıb.

Əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsi, kimyəvi-toksikoloji laborator müayinələr aparmaq və istinad laboratoriyası qismində çıxış etmək.

Konstitusiya, Mülki Məcəllə, müvafiq Qanunlar, beynəlxalq müqavilələr və Nizamnamə əsasında fəaliyyət göstərir.

Bəli, təhsil müəssisələri ilə müqavilə əsasında tibb mütəxəssislərinin hazırlanması üçün klinik baza kimi istifadə oluna bilər.